Sizin Reklam Burada
Xəbər lenti
24-06-2026
23-06-2026
BÜTÜN XƏBƏRLƏR

Tiktokerin hökmü təxirə salındı

Tarix: 25-06-2026 12:13     Baxış: 426 A- / A+
"Arzum"un hökmü təxirə salındı
Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan sonuncu prosesdə hökmün elan edilməsi gözlənilirdi.
Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədən tiktoker "Arzum"un 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs olunmaqla 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Onu da qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloqer "Arzum" barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. oxu.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar