Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

Zelenskidən səfərbərlik iddiası: Rusiya 300 min nəfəri orduya cəlb edəcək

Tarix: 25-08-2026 17:30     Baxış: 321 A- / A+
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Moskva 2026-cı ildə Rusiya ordusuna əlavə 300 min nəfər cəlb etməyi planlaşdırır. O bildirib ki, səfərbərliyin əsasən ölkənin mərkəzi şəhərlərində deyil, regionlarda keçirilməsi gözlənilir.
“Əminik ki, seçkilərdən sonra onlarda səfərbərlik olacaq. Düşünürük ki, bu, mərkəzi şəhərlərdə olmayacaq. Amma bunun çox ciddi şəkildə gizlədiləcəyini düşünmürəm”, - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, əvvəl Kreml qarşısına təxminən 500 min nəfərin orduya cəlb edilməsi məqsədini qoymuşdu. Hazırkı strategiyaya əsasən 2026-cı ildə əlavə 300 min hərbçinin, 2027-ci ildə isə müəyyən sayda şəxsin orduya cəlb edilməsi nəzərdə tutulur.
Zelenski Rusiya ordusunun cəbhədə əsas hədəfinin Konstantinovka-Slavyansk istiqaməti olaraq qaldığını da bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin generallarına ilin sonuna qədər Donetsk və Luqansk vilayətlərinin işğalını başa çatdırmaq tapşırığı verib.
Ukrayna prezidenti hesab edir ki, yeni səfərbərlik keçiriləcəyi təqdirdə Kreml əlavə qüvvələri cəbhənin şərqindəki vəziyyətdən asılı olaraq müxtəlif istiqamətlərə bölüşdürə bilər.
Onun sözlərinə görə, Rusiya qoşunları şərq istiqamətində irəliləyiş əldə edərsə, yeni cəlb olunan hərbçilərin bir hissəsi cəbhənin digər sahələrinə, o cümlədən mümkün “bufer zonası”nın yaradılması üçün göndərilə bilər.publika.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar