Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Hörmüz"lə bağlı gözləntilər fonunda neft 2% ucuzlaşıb

Tarix: 26-08-2026 09:19     Baxış: 437 A- / A+


"Hörmüz"lə bağlı gözləntilər fonunda neft 2% ucuzlaşıb
Dünya bazarında neft qiymətləri 2%-ə yaxın düşüb.
Manevr.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2% azalaraq bir barel üçün 86,80 ABŞ dollarına, “WTI” markalı neft isə 1,8% ucuzlaşaraq 80,87 dollara düşüb. Hər iki etalon neft markası ötən gün də 3%-dən çox dəyər itirmişdi.
Ucuzlaşmanın əsas səbəbi İran və Oman arasında Hörmüz boğazında hərəkətin idarə olunması ilə bağlı danışıqların bərpa edilməsi və boğazın yenidən açıla biləcəyinə dair gözləntilərin güclənməsidir.
İran və Oman boğazdan keçid üçün “müvəqqəti birgə naviqasiya dəhlizi”nin yaradılmasını müzakirə etdiklərini və ərazinin minalardan təmizlənməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıblar.
Qiymətlərə ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox artması da təzyiq göstərib. Amerika Neft İnstitutunun (API) məlumatına görə, avqustun 21-də başa çatan həftədə ehtiyatlar 4,2 mln. barel artıb. Bazar isə təxminən 600 min barellik artım gözləyirdi.
Bununla yanaşı, Hörmüz boğazının girişində neft tankerinin naməlum obyektlə vurularaq sıradan çıxarılması regionda risklərin hələ də davam etdiyini göstərir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar