Sizin Reklam Burada
Xəbər lenti
25-06-2026
24-06-2026
BÜTÜN XƏBƏRLƏR

Alimlər kökün ömrü uzatdığını sübut etdilər

Tarix: 26-06-2026 08:42     Baxış: 334 A- / A+
Kökün qida liflərinin tərkibindəki polifenollar insan ömrünün uzanmasına kömək edə və yaşa bağlı dəyişiklikləri ləngidə bilər.

Bu qənaətə tədqiqatın nəticələrini "Food & Function" jurnalında dərc edən alimlər gəliblər.

Təcrübələr qocalma proseslərinin öyrənilməsi üçün ən çox istifadə olunan model orqanizmlərdən olan "Caenorhabditis elegans" nematodları (qurdlar) üzərində aparılıb. Tədqiqatçılar kök sellülozasından xüsusi polifenolları ayıraraq onları qurdların yaşadığı mühitə əlavə ediblər. Nəticədə canlıların orta ömür uzunluğu 25.6% artıb.

Bundan əlavə, qurdların hərəkətliliyi yaxşılaşıb, hüceyrələrin qocalması ilə əlaqəli piqment olan lipofussinin toplanması azalıb və orqanizmdəki piy qatları əriyib.

Analizlər göstərib ki, bu birləşmələr orqanizmin stresə reaksiyası və uzunömürlülüyü ilə bağlı siqnal yollarına təsir göstərir, həmçinin enerji resurslarından daha səmərəli istifadə etməyə imkan verərək maddələr mübadiləsini nizamlayır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, burada əsas diqqət çəkən məqam kökün özü deyil, məhz qida lifləri ilə bağlı olan polifenollardır. Əvvəllər bu maddələrin sərbəst formaları ilə müqayisədə lifə bağlı formaları daha az öyrənilib. Alimlərin fikrincə, sağlam qocalma strategiyalarının hazırlanmasında belə birləşmələr kifayət qədər qiymətləndirilməmiş effektiv vasitə ola bilər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar