Sizin Reklam Burada
Xəbər lenti
25-06-2026
24-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanla bağlı səhvə yol vermişəm" - Paşinyan

Tarix: 26-06-2026 09:32     Baxış: 343 A- / A+
Azərbaycan və Ermənistan tərəfindən imzalanmış və ratifikasiya edilmiş delimitasiya üzrə əsasnamə məcburi hüquqi qüvvəyə malikdir. Məhz bu, bizim ərazi bütövlüyümüzün tanınmasının sübutudur, haqqında danışdığımız Ermənistanın həmin "kadastr şəhadətnaməsi"dir".
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Pashinyan jurnalistin hakimiyyətin nəhayət dövlətin "kadastr şəhadətnaməsi"ni tapıb-tapmadığı barədə sualını cavablandırarkən deyib.
Jurnalist Baş nazirə "həmin sənəd olmadan Ermənistandan onu sökməyi tələb edə bilərlər" sözlərini xatırladıb.
Paşinyan ölkə sərhədlərinin axtarılması ilə bağlı sualdan təəccübləndiyini bildirib və Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə əsasnaməsinin ratifikasiya edilməsinin əhəmiyyətini vurğulayıb.
O, qeyd edib ki, əvvəllər yanlış olaraq Azərbaycan və Türkiyənin Ermənistanı yox etmək niyyətində olduğuna inanıb:
"Məhz o zaman başa düşdüm ki, konseptual olaraq səhvə yol veririk. O zaman həm də düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formulalarımız dəyişdi və həmin təhlillərin nəticəsində qaldırdığınız sualların demək olar ki, hamısına cavab verən "Real Ermənistan" ideologiyası yarandı".
Paşinyan əlavə edib ki, yeni konsepsiya yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar